UEFA Millətlər Liqası: Azərbaycan - Slovakiya matçının hakimləri açıqlandı
UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunun Azərbaycan - Slovakiya görüşünün hakimləri bilinib.
Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanı FIFA referisi Rosit Saqqi idarə edəcək.
Ona Morten Yensen və Anders Olav Dale kömək göstərəcək. Siqurd Krinqstad dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.