UEFA Millətlər Liqası: İsveç - Azərbaycan matçının biletləri satışa çıxarılır

Sentyabrın 3-də UEFA Millətlər Liqasının C qrupunun VI turunun İsveç - Azərbaycan oyununun biletləri satışa çıxarılacaq.

Sportline.az xəbər verir ki, biletlərin qiymətləri 99-399 İsveç kronu (təxminən 16-66 manat) aralığında dəyişir.

Qeyd edək ki, İsveç - Azərbaycan görüşü noyabrın 19-da "Friends Arena"da olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.