UEFA Millətlər Liqası: Qadın futbolçulardan ibarət Azərbaycan yığması Monteneqro ilə heç-heçə edib
Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümünün ilk oyununda Monteneqro ilə heç-heçəyə razılaşıb.
Sportline.az xəbər verir ki, C Liqasının IV qrupunda baş tutan matçda hesab açılmayıb.
Qarşılaşma Bakıdakı “Liv Bona Dea Arena”da reallaşıb.
Qeyd edək ki, C Liqasının IV qrupunda Litva kollektivi də mübarizə aparır.