UEFA "Neftçi" - "Qarabağ" oyunu ilə bağlı paylaşım edib

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ" klubu haqqında paylaşım edib.

Sportline.az xəbər verir ki, postda "köhlən atlar"ın Kadi Borgesin qolları ilə "Neftçi"ni Premyer Liqanın XV turunda 2:1 hesabı ilə məğlub etdiyi və ən yaxın izləyicisi "Qəbələ" ilə xal fərqini 10-a çatdırdığı yazılıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə üz-üzə gələcək. Komanda ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.