UEFA-nın cəzalandırdığı futbolçu "Qalatasaray"a keçir

Patris Evra karyerasını Türkiyədə davam etdirə bilər. SportLine.az "Telefoot"a istinadən xəbər verir ki, "Qalatasaray" futbolçunun xidmətində maraqlıdır.

Azarkeşə təpik atdığı üçün UEFA tərəfindən 7 ay müddətinə Avropa yarşlarından kənarlaşdırılan fransalı müdafiəçinin qış transfer pəncərəsində İstanbula köçəcəyi ehtimal olunur.

P.Evra şəxsi "İnstaqram" hesabında da, "Yanvarda futbola qayıdıram", - deyə məlumat paylaşıb.

Qeyd edək ki, 36 yaşlı futbolçu ilə "Las Palmas" da yaxından maraqlanır.