UEFA reytinqində son vəziyyət

Avropa Liqasının pley-off mərhələsinin oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Sportline.az xəbər verir ki, "Qarabağ"ın Polşada "Legiya"nı 3:0 hesabı ilə udması Azərbaycanın aktivinə daha 0,375 xal yazdırıb. Bununla da ölkəmiz ümumi xal sayını 16,625-ə yüksəldib. 26-cı pillədəki mövqeyini möhkəmləndirən Azərbaycan  Qazaxıstanı 1,000 xal üstələyib.

25-ci pillədəki Rumıniyanın ÇFR klubu qrupa yüksələrək ölkəsinin aktivinə 0,375 xal yazdırıb. Hazırda bu ölkənin 17,200 xalı var.