UEFA Rusiyalı hakimlərlə bağlı qərar verdi

UEFA nümayəndələri  avrokubok oyunlarına rusiyalı hakimləri hələ təyin etməmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu barədə "R-Sport" məlumat yayıb. Bildirilib ki, sanksiyalar hələ avrokubok oyunlarına təyinat almayan rusiyalı hakimlərə də təsir edib.

UEFA qeyd edib ki, indi Rusiyadan olan hakimlərin xaricə getməsi çox çətin olacaq.

Xatırladaq ki, bundan əvvəl UEFA rəhbərləri Ukraynadakı vəziyyətə görə Rusiya klublarını və milli komandanı beynəlxalq oyunlardan kənarlaşdırmışdı.