UEFA Super kuboku ilə bağlı qərar

UEFA Super Kuboku ilə bağlı qərar qəbul edilib.

Sportline.az xəbər verir ki, “Sevilya” ilə “Bavariya” arasındakı görüşdə tribunalara azarkeşlər də buraxılacaq.

UEFA-nın qərarına əsasən, fanatlar stadionu tutumunun 30 faizinə qədər doldura biləcəklər.

Qeyd edək ki, oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.