UEFA və FIFA proqramlarından AFFA-ya ayrılan vəsait açıqlanıb
Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaqdan ötrü UEFA-nın "Hat-Trick" Həmrəylik proqramları çərçivəsində 2019/2020 və 2020/2021 mövsümləri üçün AFFA-ya ümumilikdə 5 016 425 manat maliyyə vəsaiti ayrılıb.
Sportline.az xəbər verir ki, bu məbləğ müxtəlif yaş qrupları üzrə milli komandaların, liqaların, grassroots proqramlarının, hakimlik, məşqçilik, infrastruktur və digər sahələrin standartlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub.
Vəsaitin 1 623 649 manatı 2019/2020 mövsümü, 3 392 776 manatı isə 2020/2021 mövsümü üçün milli assosiasiyanın hesabına köçürülüb.
Bundan başqa, ötən il FİFA-nın "Forward" proqramı ilə AFFA-nın büdcəsinə 2 923 188 manat vəsait daxil olub. Vəsaitin 1 699 369 manatı əməliyyat xərcləri üzrə, 849 938 manatı COVID-19 pandemiyasına dəstək proqramı, 373 881 manatı isə “Forward Project” layihəsi çərçivəsində ödənilib.