"Uels" - "Türkiyə" matçının hakimləri açıqlandı

UEFA Millətlər liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçiriləcək  "Uels" - "Türkiyə" matçının hakimləri açıqlanıb.

Sportline.az xəbər verir ki, oyunu norveçli Rohit Saggi idarə edəcək.

Köməkçi hakimlər Morten Yensen,Anders Olav Dale və Siqurd Krinqstad olacaqlar.

Qeyd edək ki, görüş sentyabrın 6-sı saat 22:45-də baş tutacaq.