Uğurcan Çakır La Liqada çıxış edə bilər

İspaniya klubu “Trabzonspor”un qolkiperi ilə maraqlanır.

Sportline.az goal.com-a istinadla xəbər verir ki, “Vilyareal” Uğurcan Çakır üçün “Trabzonspor”a 9 milyon avro təklif edib.

Futbolçu ilə şəxsi razılıq əldə edilsə də “qara dənizlilər” qolkiperi gönərib-göndərməməkdə qərarsızdırlar.

 Qeyd edək ki, Uğurcan Çakır “Trabzonspor” forması ilə çıxdığı 203 oyunda qapısından 240 top buraxıb.