Ukrayna millisində baş məşqçi dəyişikliyi olacaq
Futbol üzrə Ukrayna milli komandasında baş məşqçi dəyişikliyi olacaq.
Sportline.az xəbər verir ki, bu barədə yerli jurnalist İqor Burbas özünün sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, hazırda yığmaya rəhbərlik edən Aleksandr Petrakovla başa çatan müqavilə yenilənməyəcək. 65 yaşlı mütəxəssis bu vəzifədə Sergey Rebrov əvəzləyəcək.
48 yaşlı mütəxəssis 2023-cü ilin martınadək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Ayn" komandasından ayrıla bilsə, dərhal yığma sükanı arxasına keçəcək. O, artıq Ukrayna Futbol Assosiasiyası ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.
Qeyd edək ki, Aleksandr Petrakov 2021-ci ilin noyabrından Ukrayna millisinə rəhbərlik edir.