Ukrayna millsində həyəcan
Ukrayna millisi Millətlər Liqasının ilk oyunlarında əsas hücumçularından birinin xidmətindən məhrum olacaq.
Sportline.az xəbər verir ki, "Roma"nın forvardı Artyom Dovbik sentyabrdakı qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.
Bu haqda Ukrayna Futbol Assosiasiyasının X sosial şəbəkəsindəki hesabında məlumat yayılıb.
Onun zədə üzündən düşərgədən kənarda qalacağı bildirilir.
Qeyd edək ki, Ukrayna millisi A Liqasının 1-ci qrupunda Gürcüstan, Çexiya və Albaniya seçmələri ilə mübarizə aparacaq.