Ukrayna və Yaponiyanın titullu karateçiləri Bakıya gəlir

Azərbaycan Milli Karate Federasiyası (AMKF) qadınlardan ibarət milli komandanın baş məşqçisi Denis Morozvun rəhbərliyi ilə beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək.

AMKF-in Mətbuat xidmətindən Sportline.az saytına verilən məlumata görə, mayın 2-də start götürəcək sayca 6-cı toplanış federasiyanın təlim-məşq bazasında olacaq.

Bir həftə davam edəcək hazırlıq prosesinə Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçıları İrina Zaretska və ukraynalı Anjelika Terlyuq, yaponiyalı dünya çempionu Ayumi Uekusa kimi tanınmış qadın karateçilər, həmçinin, Azərbaycan yığmasının titullu üzvləri qatılacaq.

Qeyd edək ki, təlim-məşq toplanışında bir sıra digər ölkə təmsilçilərinin də iştirakı gözlənilir.