Ukraynalı futbolçu İngiltərə Premyer Liqasına transfer olundu

Kiyev "Dinamo"sunun futbolçusu Vitali Mikolenko "Everton"a transfer olunub.

Sportline.az xəbər verir ki, bu haqda Ukrayna klubunun saytı məlumat yayıb. 22 yaşlı müdafiəçinin İngiltərə Premyer Liqası təmsilçisinə transferinin detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Mikelonko Avro-2020-də 4 oyunda iştirak edib. O, bu mövsüm "Dinamo"nun heyətində isə 15 matçda meydana çıxıb, 3 qolun ötürməsini edib.