Ukraynalı futbolçu "Real"ı "Çelsi"yə dəyişir

"Real Madrid" və Ukrayna millisinin qapıçısı Andrey Lunin karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 25 yaşlı qolkiper "Çelsi"yə keçməyə yaxındır.

Xəbərdə bildirilir ki, "Çelsi" bu transfer müqabilində "Real Madrid"ə ötən mövsüm İspaniya klubunda icarə əsasında çıxış edən Kepa Arizzabalaqanı təklif edib.

Qeyd edək ki, Lunin 2018-ci ildə "Zorya"dan "Real"a 8.5 milyon avro qarşılığında transfer olunub. Daha əvvəl mətbuatda onun Realdan ayrılacağı ilə bağlı xəbərlər yayılmışdı.