Ukraynalı tanınmış futbolçu "Zenit"dən ayrılıb
Ukrayna millisinin futbolçusu Yaroslav Rakitski Rusiya "Zenit"indən ayrılıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 33 yaşlı müdafiəçinin istəyilə müqaviləyə xitam verib.
Təcrübəli oyunçunun iki ölkə arasındakı müharibə səbəbindən ailə vəziyyəti ilə əlaqədar bu addımı atdığı bildirilib.
Qeyd edək ki, Yaroslav Rakitski 2019-cu ilin yanvarından "Zenit"də çıxış edirdi.