Ulduz futbolçu 50 milyon avroya satılır

"Çelsi" futbolçusu Nqolo Kanteni satmağa hazırdır.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi fransalı yarımmüdafiəçiyə 50 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Kante ötən mövsüm İngiltərə Premyer Liqasında 22 matçda 4 qol vurub. Onunla "İnter"in maraqlandığı bildirilir.