Ulduz futbolçu "Bayer"də
"Bayer" "Roma"nın hücumçusu Patrik Şikin transferini bitirib
Sportline.az xəbər verir ki, Leverkuzen təmsilçisi bu keçid üçün İtaliya klubuna 26 milyon avro təzminat ödəməyi qəbul edib. Çexiyalı hücumçu ilə 5 illik razılıq əldə edilib.
"Roma" Şiki "Sampdoriya"dan 2017-ci ildə 40 milyon avroya transfer etmişdi.
24 yaşlı hücumçu ötən mövsüm icarə əsasında çıxış etdiyi "Leyptsiq"in heyətində Bundesliqada 22 oyunda 10 qol vurub.