Ulduz futbolçu icarəyə göndərildi

“Çelsi” futbolçusu Ross Barklini icarəyə göndərib.

Sportline.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını “Aston Villa”da davam etdirəcək. Bu haqda klub sosial şəbəkə hesablarında məlumat yayıb. İngiltərəli oyunçunun cari mövsümün sonunadək Premyer Liqa təmsilçisinin uğurları üçün çalışacağı bildirilib.

Qeyd edək ki. R.Barkli “zadəganlar”a 2018-ci ildə “Everton”dan keçib.