Ulduz futbolçu karyerasını Braziliyada davam etdirəcək

Niderland millisinin hücumçusu Memfis Depay Braziliya A Seriyasında çıxış edəcək.

Sportline.az Globo Esporte-yə istinadla xəbər verir ki, 30 yaşlı futbolçu "Korintians" klubunun sıralarına qoşulacaq.

Ötən mövsümün sonunda "Atletiko" ilə müqaviləsi başa çatan Depay azad agent statusundadır.

Tərəflər artıq 2026-cı ilə qədər razılıq əldə ediblər. Futbolçu yeni klubunda illik 11 milyon avro qazanacaq.

Qeyd edək ki, Depay ötən mövsüm klub səviyyəsində keçirdiyi 31 oyunda 9 qol vurub, 2 asist edib.