Ulduz futbolçu komandadan ayrıla bilər

"Çelsi"nin futbolçusu Villian komandadan ayrıla bilər.

Sportline.az "The Guardian"a istinadən xəbər verir ki, baş məşqçi Frenk Lempard 31 yaşlı yarımmüdafiəçini komandada saxlamaq istəyir. Lakin futbolçunun "zadəganlar"la başa çatacaq sözləşməni yeniləməsi  real görünmür.

Bundan əlavə bildirilir ki, "Arsenal" Villian ilə maraqlanır. Braziliyalı oyunçunun "topçular"a azad agent kimi keçəcəyi ehtimal olunur.

Qeyd edək ki, Villian 2013-cü ildən "Çelsi"nin formasını geyinir. O, bu mövsüm 37 matça çıxaraq 9 qol vurub və 7 qolun ötürməsini verib.