Ulduz futbolçu MLS klubuna keçdi
Daha bir tanınmış futbolçu karyerasını ABŞ-da davam etdirəcək.
Sportline.az saytının məlumatına görə, Duqlas Kosta “Los Anceles Qalaksi”nin formasını geyinəcək.
“Qremio”nun yarımmüdafiəçisi MLS təmsilçisinə transferi rəsmiləşdirmək üçün ABŞ-a yollanıb. 31 yaşlı oyunçu bu gün rəsmi sözləşməyə qol çəkəcək. “Qremio” ilə yollarını ayıran Kosta azad agent kimi keçdiyi “Los Anceles Qalaksi” ilə iki illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Duqlas Kosta başa çatan Braziliya çempionatında 26 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib. “Qremio” isə B seriyasına yuvarlanıb.