Ulduz futbolçu pişiyə etdiklərinə görə üzr istədi
The Sun nəşri Kurt Zouma'nın pişiyi təpiklədiyi videonu yayımlayıb.
Sportline.az xəbər verir ki, digər kadrlarda isə futbolçu pişiyə ayaqqabı atır və əli ilə onun üzünə vurur.
"West Ham" klubu Zouma'nın davranışını pislədi və daxili araşdırma aparacağına söz verib. Müdafiəçi özü isə üzr istəyib.
"Hərəkətlərimə görə üzr istəyirəm. Səmimi olaraq utandığım davranışımın heç bir bəhanəsi yoxdur. Bu videoya görə əsəbləşənlərdən də dərin üzr istəyirəm. Hər kəsi əmin etmək istəyirəm ki, pişiklərimiz mükəmməl qaydada və sağlamdır. Bütün ailəmiz onları sevir və qayğısına qalır və bu, bir daha baş verməyəcək yeganə hal idi".