Ulduz futbolçu qitə nəhənglərinin hədəfində

İtaliya millisinin üzvü Nikola Barellanın "İnter"dən ayrılacağı gözlənilir.

Sportline.az "Calsiomercato"ya istinadla xəbər verir ki,“Çelsi” və “Liverpul” klubları 26 yaşlı yarımmüdafiəçini transfer etmək niyyətindədir.

“İnter” klubu bunun üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, Barella bu mövsüm A Seriyasında meydana çıxdığı 28 oyunda 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Banner