Ulduz futbolçu Rusiyaya gəlməkdən imtina edib
"Yuventus"un futbolçusu Filip Kostiç Moskva "Spartak"ının təklifini geri çevirib.
Sportline.az xəbər verir ki, bu haqda İtaliyanın nüfuzlu Tuttosport nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 31 yaşlı serbiyalı sərfəli təklifə rəğmən İtaliyada qalmağı üstün tutub.
Qeyd edək ki, 2022-ci ildən "Yuve"nin formasını geyinən cinah hücumçusu keçirdiyi 87 oyunda 3 qol və 15 asistlə yadda qalıb.
Transfermarkt portalında onun transfer dəyəri 6,5 milyon avrodur.