Ulduz futbolçu Səudiyyə Ərəbistanı klubuna transfer olunub

"Mançester Siti" müdafiəçi Joao Kanselonun "Əl Hilal"a transfer olduğunu açıqlayıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Səudiyyə klubu ilə 30 yaşlı futbolçu arasında 2027-ci ilə qədər müqavilə imzalanıb.

Bu transfer "Əl Hilal" klubuna 25 milyon avroya başa gəlib

Futbolçu ötən mövsümü icarə əsasında "Barselona"da keçirib.İspaniya klubu ilə 42 oyunda meydana çıxan Kanselo 4 qol və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Kanselo AVRO 2024-də Portuqaliya millisi ilə 5 oyun keçirib.