Ulduz futbolçular koronavirusa yoluxdular

“Mançester Siti”nin iki futbolçusu koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmti məlumat yayıb. Testi pozitiv çıxanlar yarımmüdafiəçi Riyah Mahrez və müdafiəçi Emerik Lyaportdur. 

Hazırda hər iki futbolçu karantindədir. Onların səhhətinin yaxşı olduğu bildirilir.