Ulduz futbolçulardan şad xəbər
“Liverpul”un futbolçuları Tiaqo Alkantara və Sadio Mane koronavirusdan sağalıb.
Bakusport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi və 28 yaşlı hücumçu artıq komanda ilə məşqlərə başlayıb. Onların Premyer Liqanın 5-ci turunda “Everton”la matçda meydanda olacaqları gözlənilir.
Tiaqo Alkantara sentyabr ayının sonlarında, Mane isə oktyabr ayının əvvəllərində COVİD-10-a yoluxmuşdu.
Qeyd edək ki, 17 oktyabr “Goodison Park” arenada keçiriləcək Mersisayd derbisi Bakı vaxtı ilə 15:30-da başlayacaq.