Ulduz futbolçunun yeni klubu müəyyənləşdi

"Valyadolid"dən ayrılan Hatem Ben Arfanın yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 33 yaşlı hücumçu Fransa Liqa-1 təmsilçisi "Bordo"ya transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 1+1 illik müqavilə imzalanıb. Fransalı futbolçu yeni klubunda  8 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Ben Arfa bu ilin yanvarından oynadığı "Valyadolid"lə La Liqada 5 matçda meydana çıxıb.

Xatırladaq ki, Ben Arfa PSJ, "Nyukasl", "Marsel" kimi klublarda da oynayıb.