Ulduzlar Qətəri tərk edirlər

PSJ-nin Portuqaliya millisində çıxış edən futbolçularından müdafiəçi Nuno Mendeş və yarımmüdafiəçi Danilo Perreyra yığmanın Qətərdəki düşərgəsini tərk edəcək.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, PSJ rəhbərliyi futbolçulardan 2022-ci il dünya çempionatında aldığı zədələrin müalicəsi üçün Parisə qayıtmağı xahiş edib. Mendeş qrup mərhələsinin Uruqvaya qarşı matçının sonunda (2:0) omba nahiyəsindən zədə alıb.  Perreyra isə yalnız turnirin açılış matçında oynamağı bacararaq qabırğasını sındırıb.

Qeyd edək ki, Portuqaliya millisi 1/4 finalda Mərakeşlə üz-üzə gələcək. Qarşılaşma şənbə günü - dekabrın 10-da oynanılacaq.