Ulduzlar "Yuventus"u tərk edir

Yaxın günlərdə "Yuventus"u iki futbolçu azad agent statusunda tərk edə bilər.

Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, klub rəhbərliyi Aleks Sandro və Xuan Kuadrado ilə yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, komandanın daha bir aparıcı futbolçusu Federiko Kyezanın da Turini tərk edəcəyi gözlənilir.

Banner