"Ümid edirəm Rafael qalib gələcək"
Həmyerlimiz Rafael Fiziyev martın 9-da UFC 313 turniri çərçivəsində amerikalı Castin Qeyci ilə qarşılaşacaq.
Sportline.az xəbər verir ki, revanş xarakterli duel böyük maraqla gözlənilir.
Bellator döyüşçüsü Valentin Moldavski bu qarşılaşma ilə bağlı proqnozunu açıqlayıb.
"Gərgin mübarizə ilə yadda qalan ilk döyüşdə Qeyci qalib gəlmişdi. Ümid edirəm bu dəfə Fiziyev qələbə qazanacaq", - deyə o, Sport-express-ə fikrini bildirib.
Qeyd edək ki, Fiziyevlə Qeyci ilk dəfə 2023-cü ilin mart ayının 18-də Londonda üz-üzə gəlmişdi.
Həmin döyüşdə amerikalı idmançı hakimlərin rəyinə gərə qalib elan olunmuşdu.