Ünal Karaman Bəxtiyar Vahabzadənin sözlərilə vidalaşdı

"Trabzonspor"la yolları ayıran baş məşqçi Ünal Karaman klubun azarkeşləri ilə vidalaşıb.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, vida açıqlamasında Trabzon valisinə, Böyük Şəhər Bələdiyyə rəhbərlərinə, Daxili İşlər nazirinə, klub prezidenti Əhməd Ağaoğluna, azarkeşlərə xüsusi təşəkkürünü bildirib. Ü. Karaman onunla yolların ayrılması ilə bağlı verilən qərarı anlayışla qarşıladığını bildirib.

Türk mütəxəssis açıqlamasını Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin sözləri ilə bitirdiyini qeyd edib:

"Şam əgər yanmırsa, yaşamır demək,
Onun yaşamağı yanmağındadır..."