Upamekano “Bavariya”da qalacaq

“Bavariya”nın almaniyalı stopperi Dayo Upamekano klubla yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Santi Aouna məlumat yayıb.

27 yaşlı mərkəz müdafiəçisinin klubla hazırki sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.

Qeyd edək ki, D.Upamekano cari mövsüm meydana çıxdığı 26 matçda 1 qol, 1 asistlə yadda qalıb.