Upamekano "Bavariya"da qalacaq

Upamekano "Bavariya" ilə 4 illik yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

27 yaşlı stopperin Münhen klubu ilə hazırki sözləşməsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Upamekano cari mövsüm meydana çıxdığı 26 matçda 1 qol, 1 asistlə yadda qalıb.