Upamekanonun sərbəst qalma məbləği bilinib

"Bavariya" almaniyalı stopperi Dayo Upamekanonun sərbəst qalma məbləğini açıqlayıb.

Sportline.az xəbər verir ki, Münhen klubu 27 yaşlı mərkəz müdafiəçisi üçün 65 milyon avro tələb edir.

Bu haqda "Bild" nəşri məlumat yayıb.

Qeyd edək ki, D.Upamekano cari mövsüm meydana çıxdığı 25 matçda 1 qol, 1 asistlə yadda qalıb.