Uqo Barqas "Neftçi"ni Boliviya klubuna dəyişdi
"Neftçi" Uqo Barqasla yollarını ayırıb. SportLine.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Tito Paz “El Mundo”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, argentinalı futbolçu karyerasını Boliviyanın "Bluminq" komandasında davam etdirəcək.
Qeyd edək ki, Uqo Barqas “Neftçi”yə məhz 2012-2013 və 2015 - 2017-ci illərdə çıxış etdiyi “Bluminq”dən keçib. Barqas bu ilin fevralında "ağ-qaralar"la 1 illik müqavilə bağlayıb. Oktyabrda isə onun sözləşməsi cari mövsümün sonuna qədər uzadılıb.