Usik fanatlarına müraciət etdi

Boks üzrə yeni mütləq çempion Aleksandr Usik azrkeşlərinə müraciət edib.

Sportline.az xəbər verir ki, ukraynalı idmançı sosial şəbəkədəki paylaşımında fanatlarına minnətdarlığını bildirib.

"Döyüşdən az vaxt keçib. Bir az əzilsəm də, əsas olan qələbədir. Mənə duaçı olan bütün ukraynalılara minnətdaram. Hamınız təşəkkür edirəm! Bu mənim üçün həqiqətən də çox vacib amildir", - deyə Usik düşüncələrini bölüşüb.

Xatırladaq ki, Aleksandr Usik mayın 19-da keçirilən döyüşdə Tayson Fyuri üzərində qələbə ilə mütləq çempion tituluna sahib çıxıb.