Usik Tayson - Pol duelinə münasibətini açıqlayıb

Boks üzrə sabiq mütləq dünya çempionu Mayk Taysonla bloger Ceyk Pol arasında döyüş böyük maraqla gözlənilir.

Sportline.az xəbər verir ki, bu ideya boks aləmində birmənalı qarşılanmır. Bəziləri Mayk Taysonun bu təklifi dəyərləndirməkdə günahlandırsa da, əksəriyyət buna normal yanaşır.

WBA, WBO və IBF versiyalarında dünya çempionu Aleksandr Usik də sözügedən döyüşlə bağlı düşüncələrini bölüşüb.

"Bu, Taysonun həqiqətən də çox məşhur biri olduğunu bir daha təsdiqləyir. Ceyk Pol cavan oğlandır. Ona görə də, bu döyüşdən daha çox maraqlı bir şou olacaq. Şouya baxmaq istəyənləri bundan məhrum etmək lazım deyil. Şəxsən mən buna normal yanaşıram", - deyə Usik "YouTub"dakı Seconds Out verilişində bildirib. 

Qeyd edək ki, Tayson - Pol görüşü iyulun 20-də Arlinqtonda təşkil olunacaq.