"Valensiya" "Spartak"ın oyunçusu ilə maraqlanır
"Spartak"ın müdafiəçisi Aleksis Duarte "Valensiya"nın transfer radarına düşüb.
Sportline.az Relevo-ya istinadla xəbər verir ki, İspaniya klubu paraqvaylı futbolçunu icarə əsasında heyətində qatmaq istəyir.
Mənbənin sözlərinə görə Valensiya rəhbərliyi 24 yaşlı futbolçunu "Valyadolid"ə transfer olunacağı gözlənilən Cenk Özkaçarın yerinə düşünür. "Valyadolid" türkiyəli oyunçu üçün "yarasalar"a 1.4 milyon avro ödəməyə hazırdır.
Duarte 2023-cü ildə "Serro Porteno"dan Moskva klubuna keçib.O, ötən mövsüm "qırmızı-ağlar"ın heyətində 33 oyunda iştirak edib.