Vardi bombardir oldu

"Lester”in futbolçusu Ceymi Vardi İngiltərə Premyer Liqasında bu gün başa çatan 2019-2020 mövsümünün bombardiri olub.

Sportline.az xəbər verir ki, 33 yaşlı hücumçu 35 oyuna 23 qol vurub. 36 oyunda 22 dəfə fərqlənən “Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyandq 2-ci olub. “Southempton”un futbolçusu Denni İnqs də eyni sayda qol vurub.