Velosipedçilərin beynəlxalq turniri keçirilib
Almaniyada velosiped idmanının şosse növü üzrə birgünlük “Eşborn – Frankfurt” yürüşü keçirilib.
Sportline.az xəbər verir ki, velosiped idmanının şosse növü üzrə mötəbər yürüşlərdən hesab olunan “Eşborn-Frankfurt” Ümumdünya velosipedçilər ittifaqının beynəlxalq seriyasına daxildir.
Buna görə də yarışı bəzən Frankfurt Qran-prisi də adlandırırlar. Eşborn şəhərində başlanan veloyürüş Frankfurtun Ridberq bölgəsində başa çatıb. Marşrutun ümumi məsafəsi 220 km olub. 58-ci dəfə keçirilən yarışda Almaniyanı təmsil edən 2 idmançı fəxri kürsüyə qalxıb.
“Bora Hansqrox” klubunun şərəfini qoruyan Paskal Akkerman veloyürüşün qalibi olub. “Trek-Seqafredo” komandasından Con Degenkolb 2-ci yeri tutub. Son 4 yarışın qalibi,norveçli Aleksander Kristoff isə finiş xəttini 3-cü keçib.