“Turan Tovuz” vacib 2 xal itirdi, “Qarabağ” “Sabah”a qarşı
Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulacaq.
Sportline.az xəbər verir ki, son oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə "Turan Tovuz" "İmişli"ni qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" qalib gəlib - 1:0.
Günün son oyunu isə turun mərkəzi qarşılaşası hesab olunur. Böyük maraqla gözlənilən matçda "Qarabağ" "Sabah"ı qəbul edəcək. Oyun saat 19:00-da başlayacaq. Ardıcıl 10 oyundur qalib gələn "Sabah" hazırda 52 xalla liderdir. Ehtiyatında bir oyunu olan "Qarabağ" isə 45 xalla 2-cidir. Bu baxımdan matçı komandalar arasında gedən çempionluq mübarizəsində əsas oyunlardan biri adlandırmaq olar. Bu komandaların mövsümün ilk turundakı qarşılaşması "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
1 mart (bazar)
Misli Premyer Liqası, 22-ci tur
16:30. “Turan Tovuz” – “İmişli” - 0:0
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov
VAR: Əli Əliyev
AVAR: Elvin Bayramov
“Azersun Arena”
19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
27 fevral (cümə)
“Kəpəz” - “Sumqayıt” - 3:0
“Araz-Naxçıvan” - “Zirə” - 0:1
28 fevral (şənbə)
“Qəbələ” - “Karvan-Yevlax” - 1:1
“Şamaxı” - “Neftçi” - 2:2