“Vest Hem”də ayrılıq

“Vest Hem Yunayted”in almaniyalı forvardı Niklas Fülkuruq yanvar ayında klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

32 yaşlı futbolçu ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.

Qeyd edək ki, Fülküruq bu mövsüm 7 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.