Veynaldum rəsmən "Roma"da
"Roma" PSJ-dən Jorjinyo Veynaldumun transferini rəsmiləşdirib.
Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. A seriyası təmsilçisi 31 yaşlı yarımmüdafiəçini 1 illik icarəyə götürüb. Paytaxt klubu sezonun sonunda futbolçunun transfer hüquqlarını ala bilər.
Qeyd edək ki, Veynaldum 2021-ci ildən PSJ-nin futbolçusudur. O, bir müddətdir ki, klubdan ayrılmağı düşünürdü.