Vidal "Barselona"dan getdi

Arturo Vidal "Barselona"dan ayrılıb.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, çilili yarımmüdafiəçi Kataloniya klubu ilə müqaviləni ləğv edib. Bu səhər  klubun bazasına gələn 33 yaşlı oyunçu əşyalarını götürüb və komanda yoldaşları ilə vidalaşıb.

Qeyd edək ki, Vidal "İnter"ə transferini tamamlamaq üçün bu gün Milana gedəcək. O, İtaliya təmsilçisinə azad agent kimi qoşulacaq.