Vidalın yeni klubu

Arturo Vidal Cənubi Amerikaya qayıdıb. 

Sportline.az xəbər verir ki, yarımmüdafiəçi Braziliyanın "Flamenqo" klubu ilə müqavilə imzalayıb.

Müqavilənin müddəti 2023-cü ilin sonuna qədər nəzərdə tutulub.

Vidal həftənin əvvəlində Milan "İnter"i ilə müqaviləsini rəsmən ləğv etmişdi. Beləliklə, 133 dəfə Çili millisinin formasını geyinən 35 yaşlı yarımmüdafiəçi "Flamenqo"ya pulsuz başa gəlib.

Banner