Vilfred Zaha yeni klubunda heyətə düşə bilməyib
"Qalatasaray"dan icarə əsasında "Lion"a transfer olunun Vilfred Zaha Liqa 1-in dördüncü həftəsində "Lens"ə qarşı keçirilən matçın iştirak ərizəsinə daxil edilməyib.
Sportline.az L'Equipe nəşrinə istinadla xəbər verir ki, "Lion" klubunun baş məşqçisi Pier Seyg 31 yaşlı vinqerin performansından razı deyil.
Qarşılaşma 0-0 hesabı ilə yekunlaşıb.
2024/2025 mövsümünün sonuna kimi "Lion"da çıxış edəcək Zahanın, Türkiyə klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Zaha ötən mövsüm "Qalatasaray"ın heyətində Türkiyə çempionu olub.