Vilyam Osula Almaniya klubuna keçə bilər
“Nyukasl Yunayted”in danimarkalı hücumçusu Villiam Osulanı karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda “Sky Sports” məlumat yayıb.
22 yaşlı futbolçu ilə “Ayntraxt” yaxından maraqlanır.
Qeyd edək ki, Osula cari mövsüm meydana çıxdığı 14 matçda 3 qol, 1 asistlə yadda qalıb.